“Göygöl Şərab Zavodu” səhmdarlarına hesabat verəcək

İyunun 20-də, saat 11:00-da “Göygöl Şərab Zavodu” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq səhmdar cəmiyyətinin yerləşdiyi Göygöl şəhəri, Heydər Əliyev prospekti, 2 ünvanında olacaq.

Yığıncağın gündəliyinə müəssisənin 2022-ci il üzrə maliyyə hesabatının təsdiq edilməsi məsələsi daxildir.

Xatırladaq ki, “Göygöl Şərab Zavodu” 2005-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 55,462 milyon manatdır.

Digər xəbərlər