Dövlət borclarının təminat fondunun mənbələri artırılır

Bakı. 1 dekabr. REPORT.AZ/ Azərbaycanda Dövlət zəmanəti üzrə borc öhdəliklərinin Təminat Fondunun formalaşdırılması mənbələrinin siyahısı genişləndirilir.

"Report" bu barədə bu gün parlamentin plenar iclasında müzakirə edilərək təsdiq olunan “Dövlət borcu haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinə istinadən xəbər verir.

Qanun layihəsinə əsasən, Dövlət zəmanəti üzrə borc öhdəliklərinin Təminat Fondunun formalaşdırılması mənbələrinin siyahısına yeni maliyyə mənbəyi - Azərbaycan Mərkəzi Bankının reallaşdırılmış mənfəətinin Təminat Fonduna köçürülən sərbəst qalığı daxil edilir.

Bildirək ki, layihənin hazırlanması “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunun tətbiqi ilə əlaqədardır.

Digər xəbərlər