Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu "Dəmir Bank" ASC-nin kreditorlarına müraciət edib.
"Report"un məlumatına görə, müraciətdə deyilir ki, sabahdan növbəlikdə sonuncu sırada olan təminatsız kreditorlara növbəti dəfə ödəniş ediləcək.
Ödəniş nağdsız qaydada həyata keçiriləcək.
Kreditorlar ADIF-in Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanında yerləşən inzibati binasına müvafiq sənədlərlə müraciət edərək bank rekvizitlərini təqdim edə bilərlər.