Bu il yanvarın 1-nə Azərbaycanda aktiv əmək müqaviləsi olan və yaşa görə əmək pensiyası alan vətəndaşların sayı 103 807 nəfər olub.
"Report" xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 15,8 % azdır.
Bu ilin I yarısının yekununda isə həmin göstərici 107 806 nəfər çatıb.
Hüquqi aktlarda bu kateqoriyadan olan vətəndaşların digər məşğulluq tədbirlərindən yararlanması ilə bağlı hüquqi aktlarda hər hansı bir məhdudiyyət müəyyən olunmasa da, aparılmış təhillər və nəzarət tədbiri yaşı 65-dən yuxarı olan vətəndaşların bu tədbirlərdən yararlanmadığını göstərib. Eləcə də, sığorta prinsiplərini və Fondun qalıq vəsaitlərinin də mövcud olmasını nəzərə alaraq, yaşa görə əmək pensiyasında olan vətəndaşların sığorta ödənişləri ödəmədən də sığorta və həmrəylik prinsipləri əsasında bu tədbirlərdən yaralanmasında hər hansı məhdudiyyət olmayıb.