"CPM-İnvest İnvestisiya Şirkəti"nin Müşahidə Şurasının sədri dəyişib

"CPM-İnvest İnvestisiya Şirkəti" ASC-nin Müşahidə Şurasının sədri Eldar Abdullayev vəzifəsindən azad edilib.

"Report" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, onun yerinə Adil Gözəlov təyin olunub.

Xatırladaq ki, “CPM-İnvest” 2021-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 800 min manat, yeganə səhmdarı Kəmalə Məmmədovadır.

Digər xəbərlər