“Baker Tilly Audit Azərbaycan” QSC 2021-ci ili 708 min manat xalis mənfəətlə başa vurub.
“Report” bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “Baker Tilly Audit Azərbaycan”nın gəlirləri 5,662 milyon manat, xərcləri 4,776 milyon manat, mənfəət vergisi ödəmələri isə 177 min manat təşkil edib.
2022-ci il yanvarın 1-nə “Baker Tilly Audit Azərbaycan”nın aktivləri 1,867 milyon manat, o cümlədən öhdəlikləri 1,280 milyon manat, balans kapitalı isə 581 min manat olub.
Xatırladaq ki, “Baker Tilly Audit Azərbaycan” 2005-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 min manatdır.