Azərbaycanın qastronom şəbəkəsi - "AZZA" QSC nizamnamə kapitalını 42 milyon 433 min 902 manat və yaxud 6,6 dəfə artıraraq 7 milyon 566 min 098 manatdan 50 milyon manata çatdırmağı planlaşdırır.
"Report" səhmdar cəmiyyətindəki mənbəyə istinadən xəbər verir ki, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 2 manat olan 21 milyon 216 min 951 ədəd yeni səhm buraxılacaq.
Qiymətli kağızlar qapalı üsulla yerləşdiriləcək.
Xatırladaq ki, "AZZA" 2005-ci ildə yaradılıb.