Bu ilin yanvar-may aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 25,9 % artaraq 743,3 milyon manat olub.
"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,7 %-i hüquqi şəxslərin, 49,3 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.
Hesabat dövrünə ictimai iaşə dövriyyəsinin 7,2 milyon manatı dövlət, 736,1 milyon manatı isə qeyri-dövlət sektorunun payına düşüb.
Hüquqi şəxslər üzrə dövriyyə il ərzində 28,4 % artaraq 372,9 milyon manat olub.