Azərbaycan Sudanla valyuta ehtiyatlarının idarə edilməsində təcrübə mübadiləsi apara bilər

Azərbaycan və Sudan arasında valyuta ehtiyatlarının idarə edilməsi üzrə təcrübə mübadiləsinin təşkil edilməsi və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, qurumun baş direktoru Elrad Seydiyev Sudan Mərkəzi Bankının Kapital bazarları departamentinin baş direktoru Nor Eldin Mohamed Suliman Ballanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Görüş zamanı xarici valyuta ehtiyatlarının və qızıl aktivlərinin qeyri-müəyyənliyin yüksək olduğu bazar şəraitində idarə edilməsi, ehtiyatların diversifikasiyası imkanları, risklərin idarəedilməsi yanaşmaları üzrə AMB-nin təcrübəsi barədə ətraflı məlumat verilib.

Digər xəbərlər

Hermes BOKT-a lisenziya verilib 19 noyabr, 2026 / 14:31
Sabah pensiyalar tam ödəniləcək 19 noyabr, 2026 / 11:09