Aqrar Sığorta Fondu 2022-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib.
“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 100 manatdır.
İddiaçılar təkliflərini martın 29-u, saat 18:00-a qədər Fondun Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 175 ünvanında ("Nobel Plaza" iş mərkəzi) yerləşən ofisinə təqdim edə bilərlər.
Təkliflərə martın 30-da, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.