Bakı. 13 mart. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) tibbi sığorta xidmətlərinin satın alması üçün kotirovka sorğusu elan edib.
“Report” Fonda istinadən xəbər verir ki, kotirovka təklifləri martın 28-i, saat 12:00-a qədər Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanında qəbul olunur.
Əlaqələndirici şəxs Dəyanət Vəliməmmədlidir (tel: (051) 510-24-94).
Təkliflərə həmin gün saat 16:00-da qeyd olunan ünvanda baxılacaq. Fondun əməkdaşlarına tibbi sığorta xidməti bu tarixdən başlayaraq 1 il müddətinə göstərilməlidir. Qeyd edək ki, ümumilikdə, 21 nəfərin sığortalanması nəzərdə tutulub. Bunlardan 1-i 20 min manat, 20-si isə 15 min manat məbləğində sığortalanacaq.