Kişi voleybolçulardan ibarət İtaliya və Almaniya milliləri yoldaşlıq görüşündə bir setdə toplanan xal sayına görə yeni rekorda imza atıblar.
"Report" xarici mediaya istinadən xəbər verir ki, avqustun 26-da İtaliyada təşkil olunan qarşılaşma meydan sahiblərinin 3:2 (64:66, 25:22, 23:25, 25:22, 15:12) hesablı qələbəsi ilə başa çatıb.
Görüşün ilk seti 1 saat 29 dəqiqə davam edib və bu müddət ərzində komandalar 130 xal toplayıblar.
Qeyd edək ki, əvvəlki rekord Cənubi Koreyanın "Korean Air Jumbos" və "Ansan Rush & Cash" komandaları arasında baş tutmuş qarşılaşmada (56:54, 110 xal) qeydə alınıb.