"Turan" CEV Çempionlar Liqasında cavab oyununa çıxacaq

Qadın voleybolçulardan ibarət "Turan" komandası bu gün CEV Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununu keçirəcək.

"Report"un məlumatına görə, Ziya Rəcəbovun rəhbərlik etdiyi kollektiv Xorvatiya təmsilçisi "Mladost"un qonağı olacaq.

Qarşılaşma Zaqreb şəhərində, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xatırladaq ki, "Turan" oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində keçirilən ilk matçda "Mladost" üzərində 3:0 (25:20, 25:16, 25:16) hesabı ilə qələbə qazanıb. Tovuz təmsilçisi növbəti mərhələyə yüksələcəyi təqdirdə Bolqarıstanın "Maritza" komandası ilə üz-üzə gələcək.

Digər xəbərlər