​Hollandiyanın gəmiqayırma şirkəti Azərbaycandan təklif gözləyir

Bakı. 14 mart. REPORT.AZ/ Hollandiyanın dənizin dibini dərinlətmə texnikası istehsalı ilə məşğul olan "IHC Merwede" şirkəti Xəzər hövzəsi ölkələrindən, eləcə də Azərbaycandan sifarişlər alınması mümkünlüyünü nəzərdən keçirir.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın Hollandiyadakı ticarət təmsilçisi Aleksandr Çerevko məlumat verib.

Şirkətin Rusiya üçün bu il 8 texniki donanma gəmisi hazırlayacağını bildirən A.Çerevko, "ICH Merwede"nin eyni zamanda Xəzər hövzəsinin dənizin neft şelfinin işlənməsində iştirak edən ölkələri - İran, Azərbaycan və Qazaxıstandan da sifarişlər alınması mümkünlüyünü nəzərdən keçirir.

Digər xəbərlər

ADY-də qanvermə aksiyası keçirilib 15 oktyabr, 2026 / 16:53