Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə yükdaşımaları 13 milyon 882 min ton təşkil edib.
"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 374,8 min ton və ya 11 % çoxdur.
2026-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 183 milyon 72,9 min ton ton yük daşıyıb. Azərbaycanda ümumi yük daşımaların 7,6 %-i dəmir yolunun payına düşüb.
Hesabat dövründə nəqliyyat və anbar təsərrüfatı sektorunda 12 milyard 816,6 milyon manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 10 % çox gəlir əldə edilib.