2025-ci ildə Azərbaycan ərazisindən Vyetnamla bağlı tranzit yükdaşımaları 2024-cü illə müqayisədə 3 dəfədən çox , 2026-cı ilin yanvar-sentyabr aylarında isə 1 il əvvələ nisbətən 7 dəfə artıb.
"Report" Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə nazir Pərviz Şahbazovun Vyetnamın sənaye və ticarət nazirinin müavini Fan Thi Thanqla keçirdiyi görüşdə məlumat verilib.
Görüşdə həm də ticari-iqtisadi əlaqələrin ölkələrin potensialına uyğun genişləndirilməsi, ticarətin şaxələndirilməsi, qarşılıqlı investisiyaların təşviqi istiqamətində birgə fəaliyyətin əhəmiyyəti qeyd edilib.
Məlumata görə, Azərbaycanda Vyetnam kapitalı ilə fəaliyyət göstərən 7 şirkət mövcuddur. Həmçinin qeyri-neft sektoru üzrə ticarət dövriyyəsinin artırılması, investisiyaların təşviqi və qarşılıqlı qorunmasına dair saziş layihəsinin tamamlanması, habelə Azərbaycan-Vyetnam İşgüzar Şurasının növbəti toplantısının təşkili kimi məsələlər nəzərdən keçirilib.