"Azərişıq" 9 ayda azad edilmiş ərazilərdə 1 100 transformator təmir edib

Bu ilin yanvar-sentyabr aylarında "Azərişıq" ASC Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 1 100 transformator təmir edib.

"Report"un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin Texniki Departament direktoru Vüsal Qənbərov bu gün işğaldan azad edilmiş ərazilərdə və ümumilikdə ölkədə ötən 9 ay ərzində görülən bərpa və yenidənqurma işlərinə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hazırda səhmdar cəmiyyət azad olunmuş ərazilərdə işləri davam etdirir: "Belə ki, işğal dövründə həmin ərazilərdə şəhərlər, kəndlər dağıdılıb. Azad edilmiş ərazilərdə yeni yarımstansiyaların inşası ilə bağlı işlər görülür".

Digər xəbərlər

ADY-də qanvermə aksiyası keçirilib 15 oktyabr, 2026 / 16:53