Bu ilin yanvar-oktyabr aylarında Bakı Limanında 5,356 milyon ton yük aşırılıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 14 % çoxdur.
"Report" xəbər verir ki, bunu "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin mətbuat katibi Elmar Həbibli bildirib.
"O cümlədən, 10 ay ərzində limanda təxminən 44 min konteyner (illik müqayisədə 28 % çox), 41 894 təkərli texnika (31,5 % çox), 33 180 vaqon (32 % çox) aşırılıb. Minik avtomobillərinin sayında isə 6 dəfə artım olub. Yüklərin 90 %-dən çoxu tranzit yüklərdir. Bu yüklər əsasən Çindən, qismən isə Orta Asiya ölkələrindən daxil olur və Avropanın müxtəlif ölkələrinə göndərilir", - deyə o, qeyd edib.
"Bakı Limanı genişləndirilir və onun illik yükaşırma qabiliyyətinin 15 milyon tondan 25 milyon tona qədər çatdırılması nəzərdə tutulur", - deyə liman rəsmisi xatırladıb.
Limanın Strateji planlaşdırma və inkişaf departamentinin müdiri Xudayar Həsənli isə bildirib ki, bu ilin sonuna qədər 6 milyon ton yük daşırılması gözlənir. Bu da ötən illə müqayisədə 10 % artım deməkdir.