Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb

"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib.

Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib.

Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərinin hərəkət cədvəlinə uyğun fəaliyyət göstərəcək.

Qeyd olunub ki, zərurət yarandığı təqdirdə xəttə buraxılmaq üçün ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.

Digər xəbərlər