Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti "Arpaçay sağ sahil" və "Arpaçay sol sahil" magistral kanallarının yenidən qurulması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Hovers Group" MMC-dir.
Qalib şirkətə 46,358 milyon manat ödəniləcək.
"Arpaçay sağ sahil" və "Arpaçay sol sahil" suvarma kanalları Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Gümüşlü kəndində yerləşən Arpaçay su anbarından çəkilib, Şərur, Kəngərli və Sədərək rayonlarında 20 min hektardan artıq əkin sahələrinin suvarılmasında istifadə olunur.