Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımaları təxminən 6 % artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda hava nəqliyyatı ilə 3 milyon 668 min sərnişin daşınıb.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 191,9 min sərnişin və ya 5,5 % çoxdur.

10 ayda bu nəqliyyat növü ilə yükdaşıma 319,7 min ton olub. Bu göstərici ötən ilin eyni dövrü ilə 2,3 min ton və ya 0,7 % azdır

2026-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 205 milyon 52,9 min ton yük daşıyıb. Yüklərin 0,2 %-i hava yolu ilə daşınıb.

Hesabat dövründə Azərbaycanda nəqliyyat sektorunda 1 milyard 861 milyon 919,1 min sərnişin daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 168 milyon 277 min sərnişin və ya 9,9 % çoxdur.

Digər xəbərlər