ASCO-nun növbəti dövr üçün əsas fəaliyyət istiqamətləri müəyyən edilib

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) növbəti dövr üçün əsas fəaliyyət istiqamətləri müəyyən edilib.

"Report" bu barədə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinə (AZCON) istinadən xəbər verir.

Məlumata görə, səhmdar cəmiyyətinin Müşahidə Şurasının növbəti iclası keçirilib. İclasda ASCO-nun hesabat dövrü üzrə həyata keçirdiyi layihələrin icra vəziyyəti, əməliyyat səmərəliliyi və qarşıya qoyulan hədəflərə nail olma istiqamətində görülən işlər müzakirə olunub.

Həmçinin növbəti dövr üçün strateji məqsədlərin həyata keçirilməsi və iş proseslərinin daha da təkmilləşdirilməsi ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib.

Digər xəbərlər