“Xiaomi” Azərbaycanın planşet bazarındakı payını yarıdan çox artırıb

Bu ilin fevral ayında Azərbaycanın planşet bazarında “Samsung”un payı 51,3 % təşkil edib.

“Report”un “Statcounter” agentliyinin fevral hesabatına istinadən verdiyi məlumata görə, bu, yanvara nisbətən 3,53 faiz bəndi çox, bir il əvvəlki göstərici ilə müqayisədə 4,25 faiz bəndi azdır.

İkinci pillədə qərarlaşan “Apple”ın bazar payı müvafiq olaraq 0,85 faiz bəndi və 2,35 faiz bəndi artaraq 33,11 %-ə çatıb.

Növbəti yerdə qərarlaşan “Xiaomi”nin bazar payı müvafiq olaraq 0,05 faiz bəndi və 2,54 faiz bəndi artaraq 7,32 % təşkil edib. Bununla da son bir ildə şirkət planşet bazarındakı payını 53 % artırıb.

Dördüncü pillədəki tanınmayan brendin bazar payı müvafiq olaraq 3,4 faiz bəndi və 0,55 faiz bəndi azalaraq 4,35 % olub.

İlk beşliyi 0,78 %-lik bazar payı ilə “Huawei” qapayır. Onun bazar payı ötən aya nisbətən 1,13 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə isə 0,62 faiz bəndi azalıb.

Digər xəbərlər