Dünyada bir milyarddan çox insan süni intellektdən istifadə edir.
"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində baş tutan "Mədəniyyətlərarası rəqəmsal gələcək: Rəqəmsal və süni intellekt dövrünə qədəm qoyan cəmiyyətlər üçün mədəniyyətlərarası rəqəmsal bacarıq" adlı panel sessiyada deyib.
Onun sözlərinə görə, eyni texnologiya insanları bir-birinə bağlaya da bilər, məhdudlaşdırıla da bilər:
"Azərbaycanda rəqəmsal transformasiya sahəsində müxtəlif addımlar atılır. Birinci növbədə ölkədə Azərbaycandilli modellərə üstünlük veririk. İkincisi insanların süni intelleklə istifadə kibertəhlükəsizlik sahəsində təlimlərin keçirilməsi və maariflənmədir. Digər önəmli məqam uşaqlardır. Onların rəqəmsal dünyada təhlükələrdən qorunması üçün Elm və Təhsil Nazirliyi ilə də işlər görürük".