Azərbaycan Niderland şirkəti ilə rəqəmsal transformasiyanın sürətləndirilməsini müzakirə edib

Azərbaycan Niderlandın "Wonderful" şirkəti ilə rəqəmsal transformasiyanın sürətləndirilməsini müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" hesabında bildirib.

Bununla bağlı müzakirələr azərbaycanlı nazirlə "Wonderful"un təsisçisi və baş icraçı direktoru Bar Vinkler ilə görüşdə aparılıb.

"Görüşdə süni intellekt həllərinin dövlət sektorunda tətbiqi, rəqəmsal transformasiyanın sürətləndirilməsi, eləcə də şirkətin Azərbaycanda ofisinin açılması və yerli mütəxəssislərin işə cəlb olunması imkanlarını müzakirə etdik", - R.Nəbiyev vurğulayıb.

"Wonderful" süni intellekt texnologiyalarının tətbiqi və genişləndirilməsi üzrə ixtisaslaşan beynəlxalq texnologiya şirkətidir.

Digər xəbərlər