Bu ilin aprel ayında Azərbaycanın mobil cihazlar bazarında “Samsung”un payı 28,73 % təşkil edib.
“Report”un “Statcounter” agentliyinin aprel hesabatına istinadən verdiyi məlumata görə, bu, marta nisbətən 0,49 faiz bəndi çox, bir il əvvəlki göstərici ilə müqayisədə 13 faiz bəndi azdır. Bununla da şirkət son bir ildə mobil cihazlar bazarındakı payının 31,2 %-ni itirib.
İkinci pillədəki tanınmayan brendin bazar payı müvafiq olaraq 1,1 faiz bəndi azalaraq və 25,53 faiz bəndi artaraq 26,4 % olub.
Növbəti sıradakı “Xiaomi”nin bazar payı müvafiq olaraq 0,02 faiz bəndi və 8,41 faiz bəndi azalaraq 22,14 % olub.
Dördüncü pillədə qərarlaşan “Apple”ın bazar payı müvafiq olaraq 0,26 faiz bəndi və 3,86 faiz bəndi azalaraq 16,10 % təşkil edib.
İlk beşliyi 1,78 % bazar payı ilə “Huawei” qapayır. Şirkətin bazar payı ötən aya nisbətən 0,05 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə isə 1,52 faiz bəndi azalıb.