İyun ayında Azərbaycanda bütün platformalarda (kompüterlər, mobil cihazlar, planşetlər) “Chrome” brauzerinin bazar payı 83,76 % təşkil edib.
“Report”un “Statcounter” agentliyinin iyun hesabatına istinadən verdiyi məlumata görə, bu, may ayına nisbətən 2,88 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 6,94 faiz bəndi çoxdur.
İkinci pillədəki “Safari”nin bazar payı müvafiq olaraq 1,91 faiz bəndi və 4,34 faiz bəndi azalaraq 6,77 % olub. Nəticədə onun bazar payı bir il ərzində 39 % azalıb.
Növbəti yerdə qərarlaşan “Samsung Internet”in bazar payı müvafiq olaraq 0,56 faiz bəndi və 1,63 faiz bəndi azalaraq 3,6 %-ə düşüb.
Dördüncü yerdəki “Opera”nın bazar payı əvvəlki aya nisbətən 0,44 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə isə 0,35 faiz bəndi azalaraq 3,15 % təşkil edib.
İlk beşliyi qapadan “Edge”nin bazar payı müvafiq olaraq 0,39 faiz bəndi və 0,18 faiz bəndi azalaraq 1,06 %-ə düşüb.
Müxtəlif platformaların bazar payına görə brauzerlərin ilk beşliyi aşağıdakı kimidir:
Kompüterlərdə:
“Chrome” – 84,54 % (1,37 faiz bəndi və 7,49 faiz bəndi çox)
“Edge” – 4,71 % (0,60 faiz bəndi az və 0,12 faiz bəndi çox)
“Opera” – 4,19 % (0,81 faiz bəndi və 3,57 faiz bəndi az)
“Safari” – 2,78 % (0,37 faiz bəndi çox və 1,75 faiz bəndi az)
“Firefox” – 1,96 % (dəyişməyib və 1,66 faiz bəndi az)
Mobil cihazlarda:
“Chrome” – 83,66 % (3,54 faiz bəndi və 6,89 faiz bəndi çox)
“Safari” – 7,81 % (3,09 faiz bəndi və 5,58 faiz bəndi az)
“Samsung Internet” – 4,65 % (1,12 faiz bəndi və 2,56 faiz bəndi az)
“Opera” – 2,87 % (0,98 % və 1,83 faiz bəndi çox)
“Yandex Browser” – 0,55 % (0,22 faiz bəndi az və 0,07 faiz bəndi çox)
Planşetlərdə:
“Chrome” – 71,69 % (3,24 faiz bəndi və 4,36 faiz bəndi az)
“Safari” – 17,15 % (0,21 faiz bəndi az və 2,87 faiz bəndi çox)
“Android” – 8,09 % (2,53 faiz bəndi və 2,17 faiz bəndi çox)
“Opera” – 1,4 % (0,63 faiz bəndi çox və 1,11 faiz bəndi az)
“Yandex Browser” – 0,62 % (0,10 faiz bəndi az və 0,50 faiz bəndi çox)