"17 May Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür".
"Report" xəbər verir ki, bu barədə Azərbaycan nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev öz paylaşımında bildirib.
"Cəmiyyətin həyat şəraitini müasir formada təmin etmək üçün rəqəmsal transformasiyanın zəruri olduğu bir dövrdə yaşayırıq. Ölkəmiz bu istiqamətdə təşəbbüslərin dəstəkçisi və iştirakçısı olmağa davam edəcək", - deyə nazir əlavə edib.