Qlobal planşet satışları 10% azalıb

Bu ilin III rübündə dünyada 45,4 milyon ədəd planşet satılıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu rəqəmi “Strategy Analytics” şirkəti açıqlayıb.

Şirkətin hesablamalarına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10 % azdır.

Rüb ərzində bazarın lideri 17,3 milyon ədəd “iPad” tədarük edən ABŞ-ın “Apple” şirkəti olub. Onun bazar payı 38,1% təşkil edib. Bazarın 16,5%-nə nəzarət edən Cənubi Koreyanın “Samsung” şirkəti 7,5 milyon ədəd, 9,5%-nə nəzarət edən Çinin “Lenovo” şirkəti isə 4,3 milyon ədəd planşet satıb.

İlk beşliyi müvafiq olaraq 3,7 milyon və 1,8 milyon ədədlə ABŞ-ın “Amazon” və Çinin “Huawei” şirkətləri tamamlayıb. Onlar bazarın 8,15% və 4 %-nə sahibdirlər.

Son 1 ildə “Apple”ın satışları 15 %, “Lenovo”nun satışları 5 % artıb, “Samsung”un satışları 21 %, “Amazon”un satışları 26 %, “Huawei”in satışları isə 64 % azalıb.

Digər xəbərlər