Bu ilin fevral ayında Azərbaycanda bütün platformalarda (kompüterlər, mobil cihazlar, planşetlər) “Chrome” brauzerinin bazar payı 71,51 % təşkil edib.
“Report”un “Statcounter” agentliyinin fevral hesabatına istinadən verdiyi məlumata görə, bu, yanvara nisbətən 6,91 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 6,67 faiz bəndi azdır.
İkinci pillədəki “Safari”nin bazar payı müvafiq olaraq 1,08 faiz bəndi və 0,55 faiz bəndi azalaraq 9,32 % olub.
Növbəti yerdə qərarlaşan “Opera”nın bazar payı müvafiq olaraq 1,62 faiz bəndi və 1,43 faiz bəndi artaraq 4,6 % olub. Bununla da adıçəkilən brauzerin bazar payı bir ayda 54,4 % artıb.
Dördüncü yerdəki “Samsung Internet”in bazar payı müvafiq olaraq 0,61 faiz bəndi və 0,63 faiz bəndi azalaraq 4,15 % təşkil edib.
İlk beşliyi qapadan “Edge”nin bazar payı müvafiq olaraq 1,52 faiz bəndi və 1,77 faiz bəndi artaraq 2,86 %-ə çatıb.
Müxtəlif platformaların bazar payına görə brauzerlərin ilk beşliyi aşağıdakı kimidir:
Kompüterlərdə:
“Chrome” – 61,83 % (17,7 faiz bəndi və 18,17 faiz bəndi az)
“Opera” – 9,13 % (2,44 faiz bəndi və 1,21 faiz bəndi çox)
“Firefox” – 8,4 % (6,39 faiz bəndi və 5,27 faiz bəndi çox)
“Edge” – 8,35 % (2,61 faiz bəndi və 5,04 faiz bəndi çox)
“Safari” – 3,06 % (0,33 faiz bəndi və 0,09 faiz bəndi az)
Mobil cihazlarda:
“Chrome” – 76,05 % (2,16 faiz bəndi və 1,37 faiz bəndi az)
“Safari” – 12,08 % (0,28 faiz bəndi və 0,91 faiz bəndi az)
“Samsung Internet” – 6,13 % (0,10 faiz bəndi və 1,07 faiz bəndi az)
“Opera” – 2,53 % (0,63 faiz bəndi və 1,64 faiz bəndi çox)
“Firefox” – 1,86 % (1,72 faiz bəndi və 1,4 faiz bəndi çox)
Planşetlərdə:
“Chrome” – 70,38 % (1,48 faiz bəndi çox və 2,64 faiz bəndi az)
“Safari” – 22,7 % (4,2 faiz bəndi və 4,24 faiz bəndi çox)
“Android” – 5,09 % (3,26 faiz bəndi və 0,53 faiz bəndi az)
“Opera” – 1,3 % (0,78 faiz bəndi və 0,01 faiz bəndi çox)
Digər – 0,53 %