Naxçıvanda informasiya və rabitə xidmətlərinin ümumi dəyəri 3% artıb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan MR-da informasiya və rabitə xidmətlərinin ümumi dəyəri 35,7 milyon manat olub.

“Report” bu barədə yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 % çoxdur.

Bu dövr ərzində mobil rabitə xidmətlərinin dəyəri 26,4 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 1,6 % artım deməkdir.

Digər xəbərlər