Bu ilin iyul ayında Azərbaycanın sosial media bazarının bütün platformalarında (kompüter, mobil cihazlar və planşetlərdə) “Instagram”ın payı 38,16 % təşkil edib.
“Report”un “Statcounter” agentliyinin iyul hesabatına istinadən verdiyi məlumata görə, bu, iyun ayına nisbətən 1,61 faiz bəndi çox, bir il əvvəlki göstərici ilə müqayisədə 15,6 faiz bəndi azdır. Nəticədə sosial şəbəkə ötən ilin eyni dövrü ilə müqayisədə bazar payının 29 %-ni itirib.
İkinci pillədə qərarlaşan “Facebook”un bazar payı müvafiq olaraq 1,56 faiz bəndi azalaraq və 4,96 faiz bəndi artaraq 22,88 % təşkil edib.
Növbəti yerdəki “Pinterest”in bazar payı müvafiq olaraq 3,44 faiz bəndi azalaraq və 4,77 faiz bəndi artaraq 14,84 % olub.
Dördüncü pillədəki “YouTube”un bazar payı müvafiq olaraq 1,28 faiz bəndi və 2,68 faiz bəndi azalaraq 11,18 %-ə çatıb.
İlk beşliyi 7,5 %-lik bazar payı ilə “X” qapayır. Sosial şəbəkənin bazar payı iyun ayına nisbətən 1,84 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 0,71 faiz bəndi artıb.