​Dünyanın ən kiçik uçan 3D kamerası yaradılıb

Bakı. 15 noyabr. REPORT.AZ/ İspaniyalı ixtiraçılar dünyanın ən kiçik uçan kamerasını yaratmağa müvəffəq olublar.

"Report" xəbər verir ki, "3D Pocketcopter" adlı qurğu yüksək imkanlara malik kamera (HD), simsiz Wi-Fi və Bluetooth modulları, mühərrik və batareya ilə təchiz olunub.

"3D Pocketcopter"in uzunluğu 19 sm, diametri isə 4,5 sm.-dir. Qurğu OS Android, iOS və ya Windows Phone smartfonları ilə idarə olunur. Onun hərəkət radiusu 10 metr, batareyanın davamlılıq müddəti isə 25 dəqiqədir. 

Xəbər lenti