"Azercell" bəzi xidmətlərindəki problemlərə aydınlıq gətirib

"Abunəçilərimizin nəzərinə çatdırmaq istərdik ki, bəzi bölgələrdə zənglərin həyata keçirilməsində və bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklərlə qarşılaşması mümkündür".

Bu barədə "Report"a "Azercell Telekom" MMC-dən bildirilib.

"Yaranmış narahatçılığa görə təəssüf edir və bildiririk ki, aparılan təkmilləşdirmə işləri ən qısa zamanda yekunlaşdırıldıqdan sonra xidmətlərdən tam normal əsaslarla istifadə edilməsi təmin ediləcək", deyə məlumatda deyilir.

Xəbər lenti

Qusarda ana doğuşdan sonra ölüb 13 avqust, 2025 / 10:04
Azərbaycan nefti ucuzlaşıb 13 avqust, 2025 / 09:24