Bu ilin yanvar-aprel aylarında Azərbaycanın informasiya və rabitə sektoruna 104,7 milyon manat investisiya qoyulub.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14,4 % azdır.
Təkcə apreldə sektora investisiya qoyuluşu 27,6 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 57,4 % azdır.
Hesabat dövründə ölkə iqtisadiyyatına investisiya qoyuluşunun 2,1 %-i informasiya və rabitə sektorunun payına düşüb.
Xatırladaq ki, 2024-cü ildə sektora investisiya qoyuluşu 630,4 milyon manat olub. Bu, 2023-cü illə müqayisədə 59,5 % çoxdur.