2023-cü ilin sonunda Azərbaycanda bütün platformalarda (kompüterlər, mobil cihazlar, planşetlər) “Chrome” brauzerinin bazar payı 79,22 % təşkil edib.
“Report”un “Statcounter” agentliyinin dekabr hesabatına istinadən verdiyi məlumata görə, bu, noyabr ayına nisbətən 1 faiz bəndi artım deməkdir.
Ötən ilin sonuna “Safari”nin bazar payı 10,26 % (-0,86 faiz bəndi), “Samsung Internet”in – 5,2 % (-0,01 faiz bəndi), “Opera”nın – 2,34 % (+0,01 faiz bəndi), “Edge”nin – 1,19 % (-0,02 faiz bəndi), “Yandex Browser”in – 0,8 % (-0,01 faiz bəndi), “Firefox”un – 0,67 % (-0,05 faiz bəndi), ), “UC Browser”in – 0,15 % (-0,02 faiz bəndi), ), “Internet Explorer”in – 0,03 % (-0,01 faiz bəndi) olub.
Müxtəlif platformalar bazar payına görə brauzerlərin ilk beşliyi aşağıdakı kimidir:
Kompüterlərdə
“Chrome” – 79,78 % (+0,31 faiz bəndi)
“Opera” – 6,29 % (+0,71 faiz bəndi)
“Edge” – 6,02 % (+0,16 faiz bəndi)
“Safari” – 3,61 % (-1,2 faiz bəndi)
“Firefox” – 2,11 % (+0,06 faiz bəndi)
Mobil cihazlarda
“Chrome” – 79,17 % (+1,28 faiz bəndi)
“Safari” – 11,77 % (-0,88 faiz bəndi)
“Samsung Internet” – 6,53 % (-0,08 faiz bəndi)
“Opera” – 1,36 % (-0,17 faiz bəndi)
“Yandex Browser” – 0,55 % (dəyişməyib)
Planşetlərdə
“Chrome” – 73,19 % (-6,44 faiz bəndi)
“Safari” – 17,72 % (+2,97 faiz bəndi)
“Android” – 4,26 % (+0,06 faiz bəndi)
“Opera” – 3,97 % (+2,92 faiz bəndi)
“Firefox” – 0,06 % (+0,06 faiz bəndi)