Bu gün Azərbaycanda "PM7" sisteminə əsaslanan televiziya reytinqlərini ölçən yeni TAM (Televiziya Audio-vizual Ölçüm) sistemi təqdim edilib. "Report" xəbər verir ki, bu sistem “MARSA” şirkəti tərəfindən təqdim edilib. Şirkətin icraçı direktoru İradə Sultanova qeyd edib ki, “MARSA” Azərbaycanda beynəlxalq televiziya ölçmələri şirkəti olan “Kantar”ın rəsmi texnologiya tərəfdaşıdır: "Bu sistem dünyanın bir çox ölkələrində illərdir tətbiq edilir. Təxminən bir il bundan əvvəl "MARSA" şirkəti yeni TAM sisteminin tətbiqinə başladığını qeyd etmişdi və elə görünürdü ki, bütün bunlar uzaq gələcəkdir, proses illərlə uzana bilər, amma 12 aydan sonra biz öz nəticələrimizi təqdim etməyə hazırıq". O əlavə edib ki, Azərbaycan regionda ən son müasir texnologiyalar əsasında sıfırdan ölçmə aparan ilk ölkədir: "Panelimiz 950 ailədən, 4 000-ə yaxın insandan ibarətdir. Bu panel yalnız paytaxtımızı deyil, ölkənin 12 iqtisadi rayonunu, 29 şəhərini və 200-ə yaxın kəndini də əhatə edir. Türk və rus kanalları da daxil olmaqla 50 kanalı ölçürük, 17 Azərbaycan kanalının monitorinqini aparırıq. "PM7" texnologiyası bütün siqnal növlərini ölçür. Bu, sadəcə olaraq bir başlanğıcdır və mən güman edirəm ki, qısa müddətdə yüksək keyfiyyətli Data Azərbaycan media bazarının inkişafına dəstək verəcək".
Azərbaycanda televiziya reytinqlərini ölçən yeni sistem təqdim edilib
Digər xəbərlər
Sənan Vəlizadə: Kiberhücumlara qarşı sektorlararası məlumat mübadiləsi vacibdir
28 oktyabr, 2026 / 16:13
Abid Ələsgərzadə: Kibertəhlükəsizlik insidentləri barədə məlumatlar AMB-yə vaxtında verilməlidir
28 oktyabr, 2026 / 16:12
AMB: Kibertəhlükəsizlik insidentlərindən sonra sistemlər təkrar auditdən keçirilməlidir
28 oktyabr, 2026 / 15:47
Süni intellektlə idarə olunan 32 komanda virtual futbol meydanında mübarizə aparıb
28 oktyabr, 2026 / 15:26
Azərbaycan Niderland şirkəti ilə rəqəmsal transformasiyanın sürətləndirilməsini müzakirə edib
28 oktyabr, 2026 / 13:03
Xüsusi Rabitə Sistemləri Laboratoriyası istifadəyə verilib
28 oktyabr, 2026 / 11:48
Agentlik WhatsApp hesablarının ələ keçirilməsi ilə bağlı istifadəçilərə xəbərdarlıq edib
27 oktyabr, 2026 / 21:06
Azərbaycanda Süni İntellekt üzrə İqtisadi Observatoriya yaradılır
27 oktyabr, 2026 / 17:00
Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəliyinə mygov vasitəsilə müraciət imkanı yaradılıb
27 oktyabr, 2026 / 15:50
Rəşad Həsənov: Dünyada bir milyarddan çox insan süni intellektdən istifadə edir
27 oktyabr, 2026 / 12:30
Apple Azərbaycan müəllimlərini sertifikatlaşdırılmış təlimçi kimi yetişdirəcək
27 oktyabr, 2026 / 12:09
Azərbaycanda kibertəhlükəsizlik üzrə ixtisaslı yerli mütəxəssislər hazırlanacaq
27 oktyabr, 2026 / 11:10
CyberHackCon 2026nın təsisçisi: Kiber məkanda hər 6 pozuntudan 1-də Aİ-dən fəal istifadə edilir
27 oktyabr, 2026 / 10:50
Gamesummit və OMNI AI Summit 4000-dən çox ziyarətçini ətrafında toplayıb
27 oktyabr, 2026 / 10:50
Bakıda ilk dəfə beynəlxalq etik haker konfransı keçirilir
27 oktyabr, 2026 / 10:17
Axios: Vaşinqton süni intellekt sənayesi liderlərinin apokaliptik proqnozlarından bezib
25 oktyabr, 2026 / 08:37
ABŞ-nin müttəfiqləri Starlink peyk şəbəkəsindən asılılığı azaltmaq niyyətindədirlər
25 oktyabr, 2026 / 05:09
Deputat: Radiotezliklərin əhatə dairəsi yenidən nəzərdən keçirilməlidir
23 oktyabr, 2026 / 12:01
Deputat: Mobil nömrələrin təkrar dövriyyəsi ilə bağlı tələblər olmalıdır
23 oktyabr, 2026 / 11:46
Xankəndidə sosial idarəetmədə rəqəmsal transformasiya mövzusunda beynəlxalq forum keçirilir
23 oktyabr, 2026 / 10:21