Azərbaycanda rəqəmsal bazarlara çıxış əldə etmiş KOB-ların sayı 200-ə çatdırılacaq

2029-cu ilə qədər Azərbaycanda rəqəmsal bazarlara çıxış əldə etmiş kiçik və orta biznes subyektlərinin sayının 200-ə çatdırılması planlaşdırılır.

"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya"da öz əksini tapıb.

Sənədə əsasən, rəqəmsal bazarlara çıxış əldə etmiş KOB-ların sayı 2026-cı ildə 20, 2027-ci ildə 50, 2028-ci ildə isə 100 olmalıdır.

Digər xəbərlər