Bu ilin aprel ayında Azərbaycanda mobil cihazlarda “Android” əməliyyat sisteminin bazar payı 83,44 % təşkil edib.
“Report”un “Statcounter” agentliyinin aprel hesabatına istinadən verdiyi məlumata görə, bu, marta nisbətən 1 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 3,9 faiz bəndi çoxdur.
Hesabat dövründə “İOS” əməliyyat sisteminin bazar payı müvafiq olaraq 0,26 faiz bəndi və 3,86 faiz bəndi azalaraq 16,1 %-ə enib.
Apreldə planşetlərdə "Android”in bazar payı müvafiq olaraq 10,14 faiz bəndi və 1,79 faiz bəndi azalaraq 65,49 %-ə düşüb. Beləliklə də aprel ayı ərzində "Android”in bazar payı 14 % azalıb.
Həmin cihazlarda “İOS”un bazar payı 33,95 % təşkil edib ki, bu da marta nisbətən 9,82 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 1,78 faiz bəndi çoxdur.