2022-ci ildə Azərbaycanda informasiya və rabitə müəssisələri 2 milyard 742,8 milyon manatlıq xidmət göstərib.
“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, bunun 73,5 %-i əhali sektoruna aid olub.
Ötən il göstərilmiş informasiya və rabitə xidmətlərinin dəyəri əvvəlki illə müqayisədə 14,8 % artıb, bu sahədə əldə edilmiş gəlirin 82,4 %-i qeyri-dövlət sektorunun payına düşüb.