Bu ilin may ayında Azərbaycanda bütün platformalarda (kompüterlər, mobil cihazlar, planşetlər) “Chrome” brauzerinin bazar payı 80,88 % təşkil edib.
“Report”un “Statcounter” agentliyinin may hesabatına istinadən verdiyi məlumata görə, bu, aprelə nisbətən 2,42 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 4,62 faiz bəndi çoxdur. Beləliklə də “Chrome”un bazar payı tarixi maksimuma çatıb.
İkinci pillədəki “Safari”nin bazar payı müvafiq olaraq 1,15 faiz bəndi artaraq və 2,73 faiz bəndi azalaraq 8,68 % olub.
Növbəti yerdə qərarlaşan “Samsung Internet”in bazar payı müvafiq olaraq 0,81 faiz bəndi və 0,94 faiz bəndi azalaraq 4,16 %-ə düşüb.
Dördüncü yerdəki “Opera”nın bazar payı əvvəlki aya nisbətən 0,37 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə isə 0,07 faiz bəndi azalaraq 2,71 % təşkil edib.
İlk beşliyi qapadan “Edge”nin bazar payı müvafiq olaraq 0,1 faiz bəndi və 0,23 faiz bəndi artaraq 1,45 %-ə çatıb.
Müxtəlif platformaların bazar payına görə brauzerlərin ilk beşliyi aşağıdakı kimidir:
Kompüterlərdə:
“Chrome” – 83,17 % (3,38 faiz bəndi və 0,53 faiz bəndi çox)
“Edge” – 5,31 % (0,08 faiz bəndi və 2,26 faiz bəndi çox)
“Opera” – 5 % (1,67 faiz bəndi və 0,26 faiz bəndi az)
“Safari” – 2,41 % (0,74 faiz bəndi və 1,16 faiz bəndi az)
“Firefox” – 1,96 % (0,30 faiz bəndi və 0,87 faiz bəndi az)
Mobil cihazlarda:
“Chrome” – 80,12 % (1,99 faiz bəndi və 7,88 faiz bəndi çox)
“Safari” – 10,9 % (1,04 faiz bəndi və 5,48 faiz bəndi az)
“Samsung Internet” – 5,77 % (0,95 faiz bəndi və 2,71 faiz bəndi az)
“Opera” – 1,89 % (sabit qalıb və 0,69 faiz bəndi çox)
“Yandex Browser” – 0,77% (0,03 faiz bəndi az və 0,26 faiz bəndi çox)
Planşetlərdə:
“Chrome” – 74,93 % (5,09 faiz bəndi və 2,46 faiz bəndi çox)
“Safari” – 17,36 % (4 faiz bəndi az və 2,13 faiz bəndi çox)
“Android” – 5,56 % (0,61 faiz bəndi və 2,55 faiz bəndi az)
“Opera” – 0,77 % (0,08 faiz bəndi və 0,83 faiz bəndi az)
“Yandex Browser” – 0,72 % (0,39 faiz bəndi və 0,38 faiz bəndi az)