Azərbaycan Türkiyədən elektrik və elektronika məhsullarının idxal həcmini açıqlayıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 52,177 milyon ABŞ dolları dəyərində elektrik və elektronika məhsulları idxal edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatında deyilir.

Məlumata görə, bu, 2021-ci ilin göstəricisi ilə müqayisədə 50,9 % çoxdur.

Təkcə fevral ayında Türkiyə Azərbaycana 37,238 milyon ABŞ dolları dəyərində elektrik və elektronika məhsulları ixrac edib ki, bu da, illik müqayisədə 53,9 % çoxdur.

Bu ilin 2 ayında Türkiyənin ümumi elektrik və elektronika məhsulları ixracının dəyəri illik müqayisədə 15,5 % artaraq 2,487 milyard ABŞ dollarına, fevral ayında isə 11,7 % artaraq 1,311 milyard ABŞ dollarına çatıb.

Digər xəbərlər