Azərbaycan Türkiyədən elektrik məhsulları idxalına çəkdiyi xərci açıqlayıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 61,593 milyon ABŞ dolları dəyərində elektrik məhsulları idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6,2 % azdır.

Təkcə apreldə isə Türkiyə Azərbaycana 15,237 milyon ABŞ dolları dəyərində elektrik məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 2,6 % çoxdur.

4 ayda Türkiyənin elektrik məhsulları ixracının dəyəri illik müqayisədə 4,5 % artaraq 5,380 milyard ABŞ dollarına, aprel ayında isə 15,7 % artaraq 1,382 milyard ABŞ dollarına çatıb.

Digər xəbərlər