Bu ilin yanvar ayında Azərbaycan 26 milyon ABŞ dolları dəyərində 107 675 ədəd smartfon idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 27 %, kəmiyyət olaraq – 9 % azdır.
Hesabat dövründə Azərbaycan Çindən 20,68 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 20 % azdır) 92 935 ədəd (+9 %), Vyetnamdan 5 milyon ABŞ dolları dəyərində (-32 %) 13 718 ədəd (-45 %), Hindistandan 272,7 min ABŞ dolları dəyərində (-82 %) 792 ədəd (-89 %) və Cənubi Koreyadan 27,6 min ABŞ dolları dəyərində (+19 dəfə) 230 ədəd (+230 dəfə) cihaz alıb.
2024-cü ildə Azərbaycana idxal edilmiş 1,51 milyon ədəd smartfonun 79,5 %-i Çinin payına düşüb.