Apreldə planşetlərin bazar payı 26 % azalıb

Bu ilin aprel ayında Azərbaycanın elektron cihaz bazarında (kompüter, mobil cihaz və planşetlər) mobil cihazların payı 73,86 % təşkil edib.

“Report”un “Statcounter” agentliyinin aprel hesabatına istinadən verdiyi məlumata görə, bu, marta nisbətən 1,78 faiz bəndi az, bir il əvvəlki göstərici ilə müqayisədə isə 10,19 faiz bəndi çoxdur.

Kompüterlərin bazar payı müvafiq olaraq 2,13 faiz bəndi artaraq və 9,99 faiz bəndi azalaraq 25,14 % olub.

Apreldə planşetlərin bazar payı 1 %-də qərarlaşıb ki, bu da marta nisbətən 0,35 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə isə 0,19 faiz bəndi azdır. Beləliklə ötən ay ərzində elektron cihaz bazarında planşetlərin payı 26 % azalıb.

Digər xəbərlər