Bakıda keçirilən çövkən üzrə II dünya çempionatında növbəti oyun baş tutub.
Bu barədə "Report"a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.
Meydanda Nigeriya və Türkiyə milli komandaları üz-üzə gəliblər. Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən görüş Nigeriya yığmasının qələbəsi ilə yekunlaşıb.
Rəqib qapısından 6 top keçirən Nigeriya millisi Türkiyə komandasını 6:1 hesabı ilə məğlub edərək növbəti qələbəsini qazanıb.