Yunan-Roma və sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilib

Yunan-Roma və sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.

Bu barədə "Report"a Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidmətindən bildirilib.

AGF-nin ölkədə yarış sayının və idmançıların təcrübəsinin artırılması strategiyası çərçivəsində baş tutan turnirdə 2016-2017 və 2018-2019-cu illərdə anadan olmuş kiçikyaşlı yeniyetmələr arasında sərbəst, 2013-2015 təvəllüdlü idmançılar arasında isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşib.

Naxçıvan Şəhər İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi və Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkil etdiyi yarışda 14 çəki dərəcəsi üzrə 60 güləşçi qüvvəsini sınayıb. İlk üç yerin sahibləri diplom və medalla mükafatlandırılıblar.

Birinciliyin keçirilməsində əsas məqsəd 17 Noyabr - Milli Dirçəliş Gününün qeyd edilməsi, yeniyetmələrin yarış təcrübəsinin artırılması və onların sağlam ruhda böyüməsinə şərait yaratmaq olub.

Digər xəbərlər