Azərbaycan cüdoçusu Davud Namazlı gənclər arasında dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Davud Namazlı Özbəkistanın paytaxtı Daşkənddə keçirilən gənclər arasında dünya çempionatında bürünc medal qazanıb.

"Report" xəbər verir ki, 100 kq çəki dərəcəsində yarışan idmançı üçüncü yer uğrunda görüşdə Nikoloz Zaalişviliyə (Gürcüstan) qalib gəlib.

Bu Azərbaycan cüdoçularının yarışda əldə etdiyi ikinci medal olub. Daha əvvəl Məhəmməd Musayev (66 kq) də bürünc mükafata sahib çıxıb.

Xatırladaq ki, gənclər arasında dünya çempionatı noyabrın 22-də başa çatacaq.

Digər xəbərlər