Yeniyetmə və gənc stolüstü tennisçilər arasında Azərbaycan kuboku keçiriləcək

Yeniyetmə və gənc stolüstü tennisçilər arasında Azərbaycan kuboku keçiriləcək.

Bu barədə "Report"a Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) mətbuat xidmətindən bildirilib.

Gənclər və İdman Nazirliyi və ASTF-nin təşkil etdiyi yarışda paytaxt Bakı ilə yanaşı, digər şəhər və rayonların idmançıları bacarıqlarını göstərəcəklər.

Noyabrın 23-də Şüa İdman Sağlamlıq Kompleksində start götürəcək turnirdə U-14 və U-18 yaş qrupları üzrə qaliblər məlum olacaq.

Komanda, şəxsi, qoşa və qarışıq qoşa növləri üzrə keçiriləcək yarışa noyabrın 26-da yekun vurulacaq.

Qeyd edək ki, yarışda fərqlənən idmançılara nazirliyin diplom və medalları, federasiyanın mükafatları təqdim olunacaq.

Digər xəbərlər