Xəzər dənizində yenidən zəlzələ olub

Xəzər dənizində növbəti dəfə zəlzələ olub.

Bu barədə "Report"a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Bildirilib ki, yerli vaxtla saat 07:35-də qeydə alınan yeraltı təkanın maqnitudası 3, dərinliyi 72 km olub.

Qeyd edək ki, aprelin 7-si saat 05:55-də də Xəzər dənizində 4,3 maqnitudalı zəlzələ olub.

Digər xəbərlər

Xankəndidə ev yanıb 17 iyul, 2026 / 09:45